Bu gün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun bərpadan sonra açılışı olacaq

Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının  tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.


Cari ildə bu günün daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə 18 aprel tarixində təntənəli bayram tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Tədbirlər çərçivəsində 29.03.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbədətrafı ərazilərlə ictimaiyyətin tanışlığı həyata keçiriləcək.


Həmçinin ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi də keçiriləcək.


Rəsmi və bədii hissədən ibarət olacaq tədbirdə, ölkəmizin dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusların, elm ictimaiyyətinin və xarici dövlətlərdən dəvət edilmiş çoxsaylı qonaqların iştirakı gözlənilir.


Tədbirin bədii hissəsi "xalq gəzintisi" formatında təşkil ediləcək, qonaqlara və ictimaiyyət nümayəndələrinə geniş konsert proqramı və meydan tamaşaları təqdim ediləcək, tədbirin sonunda atəşfəşanlıq təşkil ediləcək. Tədbir 18 aprel tarixində, saat 18.30-da Bakı şəhəri, Suraxanı rayonu "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda başlayacaq. 

 

atvxeber.az


18.04.2013 16:53


Digər Xəbərlər

Səməd Vurğunun "Allı-güllü Leyla"sı


Ən qədim minarə çökə bilər


"Azdram"a yeni mövsümə ulduzlarla başlayacaq


İtaliyanın Verona şəhərində Azərbaycan musiqisi konserti keçiriləcək


Tünzalə Ağayeva Sura Əsgərlinin xatirəsinə konsert həsr edəcək


Azərbaycan parlaq və möhtəşəm mədəniyyətə malikdir


Ceki Çanın oğlu edam ouna bilər


Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında əlaqələr genişlənir


Robin Uilyams İŞİD-i böldü: - "Allah onu cəhənnəmdə cəzalandırsın"


"Allah eləsin, dərmanlar yaxşı təsir etsin, bir də xəstəxanaya qayıtmayım"


SON XƏBƏRLƏR