Konstitusiya Məhkəməsinin qərarı ilə İlham Əliyev növbəti 5 il müddətinə prezident elan edilib

Konstitusiya Məhkəməsi 9 oktyabr prezident seçkilərinin nəticələrini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə Əliyev İlham Heydər oğlu növbəti 5 il müddətinə prezident elan edilib.
 

İclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilib. Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. Sona Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. Rəfael Qvaladze isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib.

 

MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr ictimaiyyətə çatdırılıb. səsvermə bitdikdən sonra MSK-ya 4 müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb. Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar. Sonra hakimlər müşavirəyə gediblər.Hakimlər müşavirədən qayıdandan sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsi adından qərarı elan edib.

 

Qərarda bildirilir ki, 9 oktyabr tarixində keçirilən prezident seçkilərinin nəticələrinə dair MSK-nın məhkəməyə təsdiq və rəsmi elan olunması üçün təqdim etdiyi protokola plenum iclasında baxılıb. Plenum MSK-nın protokolunu təsdiq edib. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, qərar elan olunduğu gündən qüvvəyə minir. Fərhad Abdullayev prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. İclas Azərbaycan dövlət himinin səslənməsi ilə başa çatıb. 

 

atvxeber.az

 

 

 

 

 


19.10.2013 19:02


Digər Xəbərlər

Riçard Morninqstar ABŞ səfiri vəzifəsində səlahiyyətlərini başa vuraraq vətəninə qayıdıb


Azərbaycanda yaşayan 6 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərində səs verəcək


Təmas xəttində monitorinq keçiriləcək


Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Barak Obama İlham Əliyevi və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib


Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Kəlbəcərdə girov götürülmüş vətəndaşlarla əlaqədar ciddi xəbərdarlıq edib


Mübariz Əhmədoğlu: "ATƏT MQ-nin səhlənkarlığı təhlükəli həddədir və bu barədə BMT təcili məlumatlandırılmalıdır"


BQXK nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdüyü azərbaycanlılarla görüşüb


Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub


Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun yeni kitabı işıq üzü görüb


SON XƏBƏRLƏR